Ölkə futbolu

Roman Pivarnik: “Heç bir komandanı 0:0 qane etmir”

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” sabah “Viktoriya” ilə cavab matçına çıxacaq.

 

Pivarnik: “Qarabağ” da bizimlə eyni taktikayla oynuyurdu. Heç bir komandanı 0:0 qane etmir. Qol vurmağa çalışacağıq. Penaltilərə getməyi heç kim istəməz. Şanslar bərabərdir.

Hücumçu mövqeyində kimin oynayacağı barədə heç nə demiyəcəm. Bunu özümdə sirr olaraq saxlıyıram.

Biz əvvəllər də çox isti şəraitdə futbol oynamışıq. Qarşılaşma 20:30-da olacaq və məncə temperatur elə də yüksək olmayacaq.

Çempionat oyunlarının ÇL-yə heç bir dəxli yoxdu. Komandaya bunun heç bir təsiri olmayacaq. Oyunçularımızı yormamağa çalışırıq.

Püşkdə “Qarabağ” çıxdıqdan sonra onları təhlil etməyə başladıq. Strategiyalarını və taktikalarını öyrəndik.

Stadion və şəhər çox xoşumuza gəldi. Tofiq Bəhramov haqqında eşitməmişəm. Yəqin ki, adlı-sanlı adam olduğu üçün onun adını stadiona veriblər. Qarabağ münaqişəsi haqqında məlumatım var. İstəyərdik ki, bu konflikt sülh yoluyla həll olaydı".  

 

<p class="" msonormal""="" style="" font-size:13px;vertical-align:baseline;color:#444444;font-family:"background-color:#172c41;""="">  

Komandanın kapitanı Hubnik də açıqlama verib:

 “Gördüyümüz kimi “Qarabağ” güclü komandadır. Rəqibdən ilk oyunda strategiyasın nümayiş etdirdi.  Bizim əlavə məşq etməyə ehtiyacımız yoxdur. Biz öz oyunumuzu oynayacağıq. Biz belə isti havalarda ox oynayırıq. Axşam olacağı üçün bizə görə çox da fərq etmir. Komanda şəklində oynamağa hazırıq”. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43