Kateqoriyasız

Abdullayev ardıcıl məğlubiyyətlərə don geyindirdi

Premyer  Liqamızda debüt edəcək “Araz-Naxçıvan” klubu hazırlıqlarını Türkiyənin Ərzurumda şəhrində davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Əsgər Abdullayev klubun rəsmi saytına açıqlamasında  hazırlıqlar və keçirilən yoxlama matçları barədə danışıb:

“Premyer Liqa I diviziondan çox fərqli olduğu üçün daim dəyişik heyətdən yararlanmaq lazımdı. Çempionatda çıxış edən komandaların oyun tərzi bir-birinə bənzəməyəcək. Odur ki, keçirdiyimiz yoldaşlıq oyunlarında futbolçuları 5-6 taktiki sxemi yoxladım. Eyni zamanda heyətləri dəyişik olaraq meydana buraxdım. Bu yoxlama görüşləridir. Qalib gəlmək və ya məğlub olmaq heç nəyi dəyişmir. Əslində, məğlub olmaq komandanı ayıldır, hansı mövqelərin zəif olduğu sezilir və bunlar üzərində çalışılır. Çempionatın başlamasına iki həftə var və bu müddət ərzində boşluqları doldurub oyunlara tam olaraq hazır çıxacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43