Ölkə futbolu

“Adımı klubun tarixinə yazdırmaq istəyirəm” – “Qarabağ”ın yeni transferi

“Ölkəyə alışmaq üçün bazar ertəsi Azərbaycan gəldim. Hər şey qaydasındadır. Komandaya tez uyğunlaşacam. “Qarabağ”a keçməyə iki gün qalmış, danışıqların hansı səviyyədə olduğunu bilmirdim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi  Redon Cici Albaniya mətbuatına müsahibəsi zamanı deyib. O, “Tirana”dan ayrılmasına və “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli ilə danışmağını da münasibət bildirib:

“Komandanın bombardiri getdiyi üçün üzülsələr də, gəlir gətirdiyim üçün sevinə bilərlər. Orada xoşbəxt idim, darıxacağım dostlar var. Məşqçi ilə də münasibətim əla idi. Klubdan ayrılanda mənə uğurlar arzuladı. O, yalnız karyeramın sonunda Albaniyaya qayıtmağı məsləhət gördü.

Aqolli ilə də bu barədə danışdım. Çox sevindi və mənə bir neçə məsləhət verdi. Gördüyüm qədəri ilə Aqolli klubun əfsanəsidir. Mən də adımı klubun tarixinə yazdırmaq istəyirəm”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43