Ölkə futbolu

AFFA Mirbağır İsayevin cəzasını azaldıb

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevin cəzasını azaldıb.

İdmanxeber.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubunun apellyasiya şikayəti qismən təmin edilib.

AFFA İntizam Komitəsi dekabrın 2-də Mirbağır İsayevin üç ay müddətinə futbol sahəsində çalışmasına qadağa qoyub. Apellyasiya Arbitraj Tribunalı bunu bir ay şərti olmaqla iki aylıq cəza ilə əvəzləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43