Ölkə futbolu

AFFA “Zirə” və “İnter”i cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 22-ci turunun “Şəmkir” – “Qaradağ Lökbatan” matçının 83-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Elmin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Birinci divizionun 22-ci turunun “Şahdağ” – “Səbail” matçında “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 24-cü turunun “Qəbələ” – “Zirə” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Oyunun 13-cü dəqiqəsində “Zirə”nin futbolçusu Rəvan Kərimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 24-cü turunun “İnter” – AZAL matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43