Dünya futbolu

“Qəbələ”nin sabiq baş məşqçisi 3-cü liqa klubunda

“Qəbələ”nin sabiq baş məşqçisi Dorinel Muntyanunun yeni iş yeri məlum olub.

İdmanxeber.com-un məlumatına görə, rumıniyalı mütəxəssis karyerasını ölkəsində davam etdirəcək. 48 yaşlı mütəxəssis Rumıniya 3-cü liqasında mübarizə aparan “Reşita” klubunun idman direktoru təyin olunacaq. Onunla bu gün müqavilə imzalanacaq.

Xatırladaq ki, rumıniyalı çalışdırıcı 2014-cü ilin iyununda “Qəbələ”yə baş məşqçi təyin edilmişdi. O, 5 aydan sonra vəzifəsindən uzaqlaşdırlmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43