Dünya futbolu

“Liverpul” Sako üçün 30 milyon istəyir

“Liverpul” mövsüm sonunda Mamadu Sakonu “Kristal Palas”a satmağa hazırdır.

İdmanxeber.com-un məlumatına görə, komanda futbolçu üçün 30 milyon funt-sterlinq istəyir. Hazırda “Kristal Palas”da icarə əsasında çıxış edən Sako “Sauthempton” və “Napoli” klublarının da maraq dairəsindədir.

Qeyd edək ki, 27 yaşlı fransalı futbolçu cari mövsüm “Kristal Palas”ın heytəində 4 oyun keçirib.

Xatırladaq ki, 2013-cü ildə PSJ-dən “Liverpul”a transfer edilən Sako Yürgen Kloppun ümidlərini doğrultmadığı üçün icarəyə verilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43