İdman

Ağasəlim Mircavadov: “Mən və mənim kimi məşqçiləri saymırlar”

Futbol üzrə Azərbaycan milli komandasının sabiq çalışdırıcısı, əməkdar məşqçi Ağasəlim Mircavadov yerli məşqçilərimizə olduqca az etimad göstərildiyindən şikayətçidi.


İdmanxeber.com-a açıqlama verən təcrübəli mütəxəssis, ölkəmizdə savadlı məşqçilərin işsiz qalmasına məntiqli anlam verə bilmədiyini söyləyib: “Hələlik dincəlirik. Mən və mənim kimi məşqçiləri saymırlar. Həyasızlıq etməyəcəyik ki… Həyasızlıq qabiliyyəti yoxdu bizdə. Vaqif Sadıqov, Şakir Qəribov, Böyükağa Hacıyev. Ağasəlim Mircavadov kimi məşqçilərdən istifadə etmək lazımdı. Ancaq görünür bəziləri üçün əcnəbi məşqçilər daha önəmlidi”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43