İdman

Komandamız 14-cü pillədə qərar tutub

Futzal klublarının UEFA reytinqi açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, UEFA kubokunda çıxış edəcək 56 komanda üçün tərtib edilən siyahıda Azərbaycan da təmsil olunub. Son ölkə çempionu “Araz” qitənin ən güclüləri arasında 14-cü pillədə qərarlaşıb. Naxçıvan klubunun əmsalı 13,001-ə bərabərdi. Cədvələ İspaniya “İnter”i başçılıq edir. Yarışın son qalibinin aktivində 57,000 xal var. Qazaxıstan “Kayrat”ı 45,500 xalla 2-cidi. İlk “üçlüy”ü Portuqaliya “Sportinq”i qapayır – 38,166 xal.

 Qeyd edək ki, avrokubokların debütantı olan üç komandanın əmsalı 0-a bərabərdi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43