Dünya futbolu

“Çelsi” əslən qarabağlını istəyir

İngiltərənin “Çelsi” klubu Rusiya “Dinamo”sunun futbolçusu Arsen Zaxaryanı heyətinə qatır.

İdmanxeber.az xəbər verir ki, bu barədə “SKY Sport”un italiyalı jurnalisti Fabrizio Romano məlumat yayıb.

Bildirilir ki, London klubu  19 yaşlı rusiyalı yarımmüdafiəçi üçün Moskva təmsilçisinə15 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, Arsen Zaxaryan Rusiyanın Samara şəhərində dünyaya göz açıb. Ailəsi 1992-ci ildə müharibə ərəfəsində Qarabağın Ağdərə rayonundan Rusiyaya qaçıb və burada məskunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43