Kateqoriyasız

Rəşad Sadıqova xəbərdarlıq edildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.

Misli Premyer Liqasının 2-ci turunun “Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Misli Premyer Liqasının 2-ci turunun “Səbail” – “Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

Misli Premyer Liqasının 3-cü turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Misli Premyer Liqasının 3-cü turunun “Sabah” – “Neftçi” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

Misli Premyer Liqasının 3-cü turunun “Zirə” – “Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

Misli Premyer Liqasının 3-cü turunun “Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün xəbərdarlıq edilir.

Misli Premyer Liqasının 3-cü turunun “Kəpəz” – “Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43