İdman

“Ağsu” – “Bakılı”: Hər iki komandada ciddi itkilər

Bu gün I Divizionun XIV turdan təxirə salınmış “Ağsu” – “Bakılı” matçı keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, Ağsu şəhər stadionunda keçiriləcək görüşə hər iki komanda ciddi itkilərlə çıxacaq.

Belə ki, meydan sahiblərinin heyətində qapıçı Şamo Həsənov 17-ci turda “Qaradağ Lökbatan”la matçda qırmızı kart aldığından bu oyunu buraxmaq məcburiyyətində qalacaq.

“Bakılı”nın itkiləri isə daha çoxdu. Paytaxt klubunun 3 legioneri Ağsu səfərinə yollanmayacaq. Bunlar Oğuzhan Yaldır, Sonat Gügercin və Hayder Faleh Alaameridi.

Qeyd edək ki, “Ağsu” – “Bakılı” matçı saat 15:00-da start götürəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43