İdman

Araz Abdullayev oynadı, komandası lider oldu – FOTO

Yığmamızın üzvü Araz Abdullayev legioner həyatı yaşadığı Kiprin "Antartosis" klubunun heyətində növbəti matçda meydana çıxıb.

İdmanxeber.com-un məlumatına görə, ölkə çempionatının 3-cü turunun görüşləri çərçivəsində doğma meydanda "Aris Limassol" kollektivini qəbul edən Arazın komandası minimal hesablı qələbəyə sevinib. 

Bu qələbə "Anartosis"i 7 xalla turnir cədvəlinin lideri edib.

Araz Abdullayev ehtiyat oyunçular skamyasında yer alsa da, 46-cı dəqiqədə Migel Palankanı əvəzləyib və sonadək meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43