Dünya futbolu

Argentina millisini Sampaoli idarə edəcək

Xorxe Sampaoli mövsüm başa çatdıqdan sonra “Sevilya”dan ayırlacaq.

İdmanxeber.com-un məlumatına görə, Sampaoli Argentina Futbol Federasiyası ilə danışıqları müsbət tamamlayıb. Mövsüm başa çatdıqdan sonra argentinalı çalışdırıcı yığmanın “sükanı arxasına” keçəcək.

57 yaşlı mütəxəssis yaxın günlərdə federasiya ilə müqavilənin detallarını müzakirə etmək üçün növbəti görüşünü keçirəcək.

Qeyd edək ki, Sampaoli cari mövsümdən “Sevilya”nı çalışdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43