Dünyadan

“Arsenal”ın futbolçusuna 4 oyunluq cəza

“Arsenal”ın yarımmüdafiəçisi Qranit Caka “Börnli” ilə oyunda (2:1) qırmızı vərəqə alıb.

İdmanxeber.com-un məlumatına görə, isveçrəli futbolçu birbaşa qırmızı vərəqə ilə aldığı üçün onu 4 oyunluq cəza gözləyir. Belə ki, Caka artıq bu mövsüm bir dəfə meydandan qovulmuş və 3 oyunu buraxmışdı. 2-ci qırmızı vərəqə zamanı isə futbolçu 3 deyil, 4 oyunda iştirak etmir.

Qeyd edək ki, əgər “Arsenal”ın appelyasiya şikayəti rədd edilərsə, Caka “Sauthempton”la kubok, “Uotford”, “Hall Siti” və “Çelsi” ilə çempionat oyunlarını buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43