Dünya futbolu

“Arsenal”la matç öncəsi “Bavariya”da ciddi itki

Çempionlar Liqasının 1/8 final mərhələsində “Arsenal” la qarşılaşacaq “Bavariya” oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komandanın aparıcı futbolçusu  Frank Riberi gələn həftə keçiriləcək görüşü buraxacaq.

Məşq zamanı ombasından zədə alan fransalı futbolçu oyuna hazır deyil.

Qeyd edək ki, “Bavariya” – “Arsenal” qarşılaşması fevralın 15-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43