İdman

Ayxan Abbasov: “Qol vurub sevinməsək, onda da deyəcəklər, niyə sevinmirlər?”

“İlk öncə Tərlan Əhmədova uğurlar arzulamaq istəyirəm. Oyuna gəldikdə, görüşün ağır olacağını bilirdik. Çünki məşqçi dəyişikliyi rəqibdə xüsusi motivasiya yaratmışdı. Biz də qarşılaşmaya xüsusi hazırlaşmışdıq. Sevindirici haldı ki, səhvsiz oynadıq. Əsas odu ki, komandamızda rəqabət var. 3 xal bizim üçün çox vacib idi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Baksell Arena”da keçirilən “Neftçi” – “Zirə” matçından qonaqların baş məşçqisi Ayxan Abbasov deyib.  “Qartallar”ın çalışdırıcısı hər qazanılan qələbəyə çox sevindiklərini söyləyib:

“Biz hər oyuna qələbə üçün çıxırıq, qol vuranda da hədsiz sevinirik. Bu normal bir şeydi. Qol vurub sevinməsək, onda da deyəcəklər, niyə sevinmirlər? (gülür) Özünüz gördüz, “Çelsi” “Qarabağ”a 4-cü, 5-ci qolu vurub necə sevinirdi?”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43