Ölkə futbolu

Azərbaycan Azarkeşlər Birliyi yaradıldı

Ölkəmizdə Azərbaycan Azarkeşlər Birliyi (AAB) yaradılıb.

İdmanxeber.az-ın məlumatına görə, Atanur Cəfərli tərəfindən təsis edilən AAB müxtəlif idman növlərində yerli və xarici komandaların azarkeşlərini birləşdirən ictimai birlikdir. Birlik Azərbaycan azarkeşlər birliyi olaraq ölkəmizdə fəaliyyət göstərən yerli və xarici komandaların azarkeş qrupları ilə birgə əməkdaşlıq edir. AAB-ın  məqsədi Azərbaycan idmanına xüsusilə də futboluna dəstək olmaq və azarkeş mədəniyyətinin formalaşmasında yaxından iştirak etməkdir.

Qurum Karantin dövrünü nəzərə alaraq hazırda fəaliyyətini sosial şəbəkələr üzərindən qurmağa çalışır. fb.com/azerbaijansupporters səhifəsi Azərbaycan azarkeşlər birliyinin rəsmi səhifəsidir və səhifədə azarkeş qrupları haqqında paylaşımlar olacaq.

Eyni zamanda Azərbaycan çempionatı, klublarımız və oyunçular haqqında müzakirələr, canlı yayımlar, mütəxəssis rəyi və hüquqi yanaşmalar səhifəmizdə öz əksini tapacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43