Kateqoriyasız

Azərbaycan İslamiadada növbəti qızıl medalını qazandı

Türkiyənin Konya şəhərində təşkil edələn V İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün aerobika gimnastikası üzrə keçirilən final yarışlarda təmsilçilərimiz daha bir qızıl medal qazanıblar.

İdmanxeber.az xəbər verir ki, qarışıq cütlük proqramında çıxış edən Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva bütün rəqiblərini üstələyərək çempion olublar.

Bundan əvvəl Dolmatov fərdi proqramda qızıl medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43