Azərbaycan Premyer Liqasının keçmiş bombardiri Nurlan Novruzov karyerasını Nepalda davam etdirəcək.
28 yaşlı hücumçu “Maçxindira” klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Novruzov karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, “Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto”, Estoniyada “Narva Trans” kimi klublarda forma geyinib.