Kateqoriyasız

AZAL-ın futbolçusu “Rəvan”da – RƏSMİ

“Rəvan” daha bir futbolçunu heyətini qatıb. 

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi Tural Nərimanovla müqavilə bağlayıb. Son klubu AZAL olan 25 yaşlı müdafiəçi 1,5 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, “Rəvan” qış fasiləsində qapıçı Tural Abbaszadə (Zirə), müdafiəçilər Elvin Əliyevlə (Bakı) Məhərrəm Hüseynov (Simurq) və yarımmüdafiəçilər Kamal Mirzəyevlə (Qəbələ) Eşqin Quliyevi (Araz Naxçıvan) komandaya cəlb edib. Yay fasiləsində “Sumqayıt”a icarəyə verilən Ceyhun Cavadov isə geri dönüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43