İdman

Azərbaycan futbol ailəsinin 100 000-ci üzvü

Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb.

Artıq bu sistemdə qeydiyyata alınanların sayı 100 min nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 100000-ci üzvü U-13 Liqası turnirində çıxış edən Kürdəmir rayonunun Mürtülü kəndini təmsil edən Mürtülü komandasının üzvü Məhəmməd Vahid oğlu Seyidlidir.

Qeydiyyat prosesi “Futbola Qoşul” onlayn sistemi vasitəsilə həyata keçirilib.(affa.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43