Dünyadan

Azərbaycan klubu Çempionlar Liqasında növbəti oyuna çıxır

Bu gün Asiya Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, D Qrupunda mübarizə aparan Təbrizin "Traktor Sazi" klubu doğma meydanda "Nasaf"ı qəbul edəcək. Cənubi Azərbaycan klubu bu görüşdə qalib gələcəyi təqdirdə turnir cədvəlində ikinci pilləyə yüksələcək.

Qeyd edək ki, "Traktor Sazi" – "Nasaf" qarşılaşması Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43