İdman

Azərbaycan UEFA-nın reytinqində gerilədi

Avrokubokların I təsnifat mərhələsində ötən gün keçirilən oyunlarından sonra UEFA reytinq cədvəlində dəyişikliklər baş verib.

İdmanxeber.com-un məlumatına görə, baş tutan 13 oyundan sonra Azərbaycanın da mövqeyi dəyişib. Serbiyanın “Srvena Zvezda” klubunun qələbəsi balkanlıları 22-ci pilləyə yüksəldib. Bununla da Serbiya ölkəmizi qabaqlayıb. Hazırda Azərbaycan 23-cü pillədə qərarlaşıb.

Bu mövsüm 0.500 xal toplayan ölkəmizin 17.125 xalı var. Azərbaycanın ən yaxın izləyicisi İsraildir (16.750 xal).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43