Kateqoriyasız

Azərbaycanlı futbolçunun Azərbaycan fiaskosu: “Bu mənə dərs oldu”

"Yaxşı fikirlərlə "İnter"ə gəlmişdim. Ancaq indi əvəzedici heyətdə formamı itirməmək üçün məşq edirəm, oyunlara çıxıram. Artıq çempionatın axırıdı. Limiti də yaxşı ki, saxladılar. Yayda yeni bir komandayla anlaşıb, əvvəlki karyeramı qaytaracam. Milli komandaya qayıtmaq, əvvəlki formada çıxış etmək üçün əlimdən gələni edəcəm".

Bu sözləri idmanxeber.com-a açıqlamasında "İnter"in futbolçusu Elhad Nəziri deyib. 

Rumıniyanın "Petrolul" klubunda kubok sevinci yaşayaraq, Azərbaycana üz tutan Elhad ilk öncə "Rəvan"la anlaşsa da, sonradan bu komandada heç bir oyuna çıxmayaraq, "İnter"ə keçmişdi. Maraqlıdır ki, Nəzirinin bank klubunda da işləri düz gətirmədi.

"Bankirlər"in heyətində debüt edə bilməyən Nəziri baş verənləri özünün günahı kimi qələmə verir:

"Yəqin günah məndə olub ki, vəziyyət bu həddə gəlib çatıb. Bu mənə dərs oldu. Artıq bir klubla danışıqlar gedir. Ancaq istəmirəm ad açıqlayım. Yayda hər şey bilinəcək".

Sonda onu da qeyd edək ki, Elhad öz "facebook" səhifəsində: "Ən böyük səhvi Azərbaycana qayıtmaqla etdim. İnşallah pis günlərim geridə qalacaq. Hər futbolçunun həyatında belə şeylər olur. Məni istəməyənləri sevindirməyəcəm" –  deyə, qeyd edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43