Kateqoriyasız

Cihan Özkara: “Roberto Karlos mənə şans versə…”

Azərbaycan milli komandasının üzvü Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” “Ərciyəsspor”la qarşılaşacaq. 

İdmanxeber.com-un məlumatına görə, Özkara matç öncəsi fikirlərini bildirib:

“Kayseridən olan komandaya qarşı çox çətin oyun olacaq. Bu oyun, çempionatda bizim üçün dönüş nöqtəsi ola bilər. Ötən mövsüm “Ərciyəspor”da çıxış etdiyimi nəzərə alsaq, bu oyun mənim üçün ikiqat əhəmiyyətli olacaq. Əgər baş məşqçi Roberto Karlos məni oyuna buraxmağa qərar verərsə, gücüm daxilində hər şeyi edəcəyəm”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43