İdman

“Bakı-2015”: Sərbəst güləşçilərimizdən daha 3 medal (YENİLƏNİB)

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, yarışın son günündə daha 4 çəki dərəcəsinin qalibləri müəyyənləşəcək.

Kişilər

61 kq

Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin qardaşı Hacı Əliyev mübarizəyə 1/8 finaldan qoşulacaq. O, ilk görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyanla qarşılaşıb. H.Əliyev erməni rəqibini 7:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.  O, bu mərhələdə Mikolo Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. İdmançımız yarımfinalda Aleksandr Boqomoyevlə üz-üzə gəlib və 2:5 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, Əliyev bürünc medal uğrunda mübarizəni davam etdirib.O, türkiyəli Recep Munir Aktaşla qarşılaşıb və rəqibinə böyük hesabla qalib gələrək bürünc medal qazanıb – 10:2.

70 kq

Bu çəkidə ölkəmizi Avropa çempionumuz Ruslan Dibirhacıyev təmsil edəcək. Lakin onun 1/8 finalda Maqomedmurad Hacıyevlə (Polşa) döyüşüb və 2:7 hesabı ilə məğlub olub. Polşa idmançısı finala qədər irəlilədiyi üçün Ruslan Dibirhacıyev təsəlliverici yarışlara qatılıb. İlk öncə bolqarıstanlı Miroslav Kirovu 4:1 hesabı ilə məğlub edən güləşçimiz daha sonra macarıstanlı Zsombor Qulyasla üz-üzə gəlib. Bu döyüşü də qələbə ilə başa vuran (4:3) Dibirhacıyev bürünc medal uğrunda mübarizəyə qoşulub. O, son görüşündə gürcüstanlı Davit Tlaşadzelə qarşılaşıb. Bu görüşdə də inamlı qələbə qazanan təmsilçimiz növbəti bürünc medalı ölkəmizə qazandırıb – 6:2

86 kq

Yığmamızın üzvü Nurmaqomed Hacıyev 1/8 finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gəlib. Təmsilçimiz 14:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. O,1/4 finalda Abdulrəşid Sadulayevə (Rusiya) 1:11 hesabı ilə uduzub. Buna baxmayaraq, rusiyalı güləşçi finala vəsiqə qazandığından Nurmaqomed təsəlliverici görüşlərə qatılacaq. Təmsilçimiz bu mərhələdə Vasile Zuz Tudorla (İtaliya) qarşılaşıb və parlaq qələbə qazanıb – 10:0. Güləşçimiz 3-cü yer uğrunda görüşdə polşalı Radoslav Marcinkyeviczlə qarşılaşıb və rəqibinə məğlub olub.


125 kq

Ən ağır çəki dərəcəsində ölkəmizi təmsil edəcək güləşçimiz Camaləddin Maqomedov mübarizəyə 1/8 finaldan start verib. Avropa və dünya çempionatının mükafatçısı ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirib.  Rəqibi üzərində təmiz qələbə qazanan (10:0) Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb və 2:5 hesabı ilə uduzub. Akgül finalda iştirak hüququ qazandığından Maqomedov təsəlliverici görüşlərə qatılacaq. O, Robert Baranla (Polşa) güləşib. Rəqibinə 11:0 qalib gələn Camaləddin bürünc medal uğrunda yarışda slovakiyalı Soslan Qaqloyevlə qarşılaşıb. Təmsilçimiz bu görüşdə parlaq qələbə qazanaraq üçüncü olub – 7:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43