Kateqoriyasız

“Bakıdakı oyundan sonra yaxşı təsir bağışladıq” – “Rapid”in baş məşqçisi

“Yaxşı nəticə üçün çalışsaq da, alınmadı. “Qırmızı” almasaydıq, bəlkə də fərqli ola bilərdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin rəqibi olan “Rapid”in baş məşqçisi  Ferdinand Feldhofer evdə “Austriya” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. 42 yaşlı mütəxəssis komandasının mübarizəsindən narazı olmadığını da vurğulayıb:

“Bakıdakı matçdan sonra çox yaxşı təsir bağışladıq. Azlıqda qalsaq belə, kifayət qədər qol epizodu yaratdıq. Amma təəssüf ki, bunlardan yararlana bilmədik. Oyunçumuzun meydandan qovulmasını başa düşmədim. Hakimin yalnış qərarı xal itirməmizə səbəb oldu. Ancaq yenə də qələbə qazana bilməməyimizdə günahı özümüzdə görürəm”.

Qeyd edək ki, “Neftçi” Bakıdakı ilk oyunda “Rapid”ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43