Ölkə futbolu

“Bakı”dan gözlənilməz addım: Kamran Ağayev klubdan qovuldu!

“Bakı” milli komandamızın da şərəfini qoruyan Kamran ğayevi transferə çıxarıb.

İdmanxeber.com-un məlumatına görə, “zolaqlılar”ın baş məşqçisi Miliko Pantiç Ağayevi intizamsızlığına görə komandadan uzaqlaşdırıb. 

Redaksiyamıza daxil olan məlumata görə, Ağayev klubdaxili iclaslarda tez-tez Pantiçin əsəblərini pozurmuş. “Bakı”ya baş məşqçi təyin olunduğu gündən Kamrandan xoşu gəlməyən Pantiçin səbr kasası bu gün daşıb. Nəticədə ölkənin bir nömrəi əlcək sahibi transferə çıxarılıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43