Dünyadan

“Barselona”da yenə Arda şoku

“Barselona”nın ulduz futbolçusu Arda yenə sıradan çıxıb.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli futbolçu Kataloniya superkubokunda “Espanyol”a qarşı oyunda sağ ayağından zədə alıb. Bu səbəbdən türk yarımmüdafiəçi komandasının bugünkü məşqində iştirak etməyib.

Onun ən azı 10 gün yaşıl meydanlardan kənar qalacağı bildirilir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43