Dünya futbolu

“Barselona”nı gözləyən təhlükə

“Barselona” bu gün Çempionlar Liqasında PSJ səddini keçərsə, yarımfinalda beş futbolçusundan yararlanmaya bilər.

İdmanxeber.az məlumat verir ki, bu oyunçular sarı kart limitində olan Ronald Arauxo, Lamin Yamal, Joao Feliks, Frenki de Yonq və Ferran Torresdir.

Bu futbolçulardan hansısa biri bu gün PSJ ilə 1/4 finalın cavab matçında sarı vərəqə alarsa, bu, onun Çempionlar Liqasında növbəti oyunu buraxacağı anlamına gələcək.

“Barsa” PSJ ilə səfərdəki ilk oyunda 3:2 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43