Dünyadan

“Barselona”nın təklifini rədd etdim”

“Bavariya”nın futbolçusu Cerome Boatenq “Barselona”dan təklif alıbmış

İdmanxeber.com-un məlumatına görə, 26 yaşlı futbolçu keçən il “Barsa”dan təklif aldığını, ancaq Kataloniya klubuna rədd cavabı verdiyini açıqlayıb:

“Ötən il “Barselona” məni transfer etmək istədi. Açığı bu klubdan təklif gələndə sevindim və bu məni qürurlandırdı. Ancaq “Bavariya” ilə hədəflərim böyükdü. İndiki vaxtda “Bavariya”nı qoyub “Barselona”ya getməyin mənası yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43