Dünyadan

“Barselona”nın ulduz futbolçusu təklifi rədd etdi

"Barselona"nın yarımmüdafiəçisi Xavi Hernandes "Mançester Siti"nin sərmayə qoyduğu, 2015-ci ildən ABŞ-ın MLS Liqasında mübarizə aparacaq "Nyu York Siti" klubuna transfer olunmaqdan imtina edib.

İdmanxeber.com-un məlumatına görə, Amerika klubunun icraçı direktoru Ferran Soriano 34 yaşlı ispaniyalı ulduz futbolçuya təklif göndərib, ancaq Xavi rədd cavabı verib. O, "Barsa"da qalmağı üstün tutub.

Qeyd edək ki, daha öncə bildirilirdi ki, "Mançester Siti" "Nyu York Siti"yə 300 milyon funt-sterlinq sərmayə qoyub və bu klub ABŞ-ın ən böyük büdcəyə malik klubu olacaq.

Xavinin "Barselona" ilə müqaviləsinin müddəti 2016-cı ildə bitəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43