İdman

“Bavariya” heyətini gücləndirdi

“Bavariya” ilk transferini edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisi “Hoffenhaym”ın hücumçusu Sandro Vaqneri heyətinə qatıb. 30 yaşlı oyunçu ilə 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Bu transfer üçün “Bavariya” 13 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, S.Vaqner bu mövsüm 17 matçda 6 qol vurub, 5 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43