Kateqoriyasız

“Biz tam hazırıq” – “Qəbələ”nin legioneri

“Qəbələ”nin futbolçusu Ruan Renato “Fehervar”la səfər oyunu öncəsi paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı müdafiəçi “İnstaqram” hesabından “Yeni mövsümə hazırıq. Bu gün vacib oyununa çıxırıq. Biz tam hazırıq. Birlikdə daha güclüyük, irəli “Qəbələ”!”.

Qeyd edək ki, bu gün keçiriləcək “Fehervar” (Macarıstan) – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43