Kateqoriyasız

Qurban Qurbanov və Orxan Məmmədovdan nümunəvi addım – FOTOLAR

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, eləcə də “Zirə”nin fəxri prezidenti Orxan Məmmədovla birlikdə matç izləyib.

İdmanxeber az-ın məlumatına görə, oyun Qarabağ müharibəsində yaralanmış və ƏƏSMN tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş qəhrəman qazilər arasında keçirilib.

Yarışı izləyənlər arasında Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Millət vəkilləri və digər tanınmış şəxslər də olub.

Oyunda iştirak edən 14 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə əlilləri, digərləri isə nazirlik əməkdaşları olub.

“Canavarlar” və “Aslanlar” komandalarının qarşılaşmasında birincilərin 7:3 hesablı qələbəsi qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43