Kateqoriyasız

“Turan Tovuz”da 8 yeni müqavilə

“Turan Tovuz” klubu 7 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az Tovuz klubunun rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, Akif Tağıyev, Abbas Ağazadə, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, İzzət Müştaqov və Famil Camalovla daha bir illik sözləşmə imzalanıb.

Bundan əlavə, “Turan Tovuz” “Kəpəz”dən ayrılan 22 yaşlı müdafiəçi Vüsal Məsimovu da heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43