İdman

“Borussiya”dan Premyer Liqaya

İngiltərənin “Fulhem” klubu heyətini gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, London klubu “Borussiya”nın hücumçusu Andre Şürrleni rənglərinə bağlayıb. Almaniya millisinin üzvü yeni klubunda 2 illik icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu “Borussiya”ya 2016-cı ildə “Volfsburq”dan transfer edilib. “Maynts”ın yetirməsi “Bayer” (Leverkuzen) və “Çelsi”də də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43