Ölkə futbolu

Bu futbolçular “Sabah”dan göndərilir!

“Sabah” klubu növbəti mövsümün planlamasına başlayıb.

Cari mövsüm avrokuboklara vəsiqə qazanan paytaxt təmsilçisi heyətdə bəzi dəyişikliklər edəcək. Klub avrokubok oyunları öncəsi yeni transferlərlə bərabər ümidləri doğrultmayan isimlərlə də vilalaşacaq.

Daha öncə mətbuatda Zuqab Oçiqavanın komandadan göndəriləcəyi yazılmışdı. Ukraynalı müdafiəçi baş məşqçi Murad Musayevin planlarına daxil deyil.

Oçiqava ilə yanaşı, daha bir oyunçunun da komandadan göndərilməsi gözlənilir. İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Abdullaye Ba da “Sabah”da son günlərini yaşayır. 

Portuqaliyalı oyunçunun performansı məşqçilər heyətinin razı salmır. Onunla yayda yolların ayırlacağı bildirilir. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43