Kateqoriyasız

Cavid Hüseynov: “Amma bir-birimiz başa düşmədik”

“Səfər matçı çox çətin keçmişdi. Oyundan öncə də qeyd etmişdim ki, rəqibin meydanında ot örtüyü bərbad idi. Soyunub- geyinmə otağı pis vəziyyətə idi. Rəqib sadəcə bizim səfər matçındakı boşluğumuzdan istifadə edib qələbə qazanmışdı. Onlarin futbolu bizimiindən güclü deyil. Rəqib uzun paslarla oynamağı sevir. Biz isə texniki oyuna üstünlük veririk”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qəbələ”nin kapitanı Cavid Hüseynov deyib.

Əyalət klubunun aparıcı futbolçusu oyunun tamamilə “Qəbələ”nin üstünlüyü şəraitində keçdiyini bildirib:

Bilirdim ki, biz onlardan güclüyük. Amma futbolda bəzən zəif də qələbə qazana bilər. Amma bü gün biz buna imkan vermədik və qələbə qazandıq. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu gün “Qəbələ” birliyin nəticəsində qələbə qazandı. Bu oyunda hamımız bir yerdə mübarizə apardıq. Bu gün komandanın ağır oyun sərgiləməsinə səbəb biz Qəbələnin havasına öyrəşmişik. Bakının havasında bir az rütubət çoxdur tez yoruluruq. Amma bu bizim qələbə qazanmağımıza mane ola bilməzdi. Bacardığımızı meydanda ortaya qoyduq və sevinən tərəf biz olduq.  

2-0 öndə olduğumuz zaman Antonovun müdafiəyə yaxın oynamasını dedim. Amma bir-birimiz başa düşmədiyimiz üçün Qriqorçuka söylədim tapşırıq versin. Ümumi götürəndə oyun tam bizim üstünlüyümüzlə keçdi. Şanslarımız da çox oldu. Hətta pis oynadığımız səfər matçında da qol vurmaq üçün  bir neçə imkanımız olmuşdu. Bəzən sadəcə son nöqtəni qoya bilmirik.

Növbəti mərhələdəki rəqibimiz Apollon haqqında heç bir məlumatım yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43