Dünyadan

“Çelsi”dən fantastik Verratti təklifi

“Çelsi” komandasının çalışdırıcısı Antonio Konte PSJ-nin yarımmüdafiəçisi Verratti üçün rəhbərlikdən təklif göndərilməsini istəyib.

İdmanxeber.com-un məlumatına görə, London təmsilçisi italyan futbolçu üçün Fabreqas və 50 milyon avro verməyi düşünür. PSJ-nin baş məşqçisi Emerinin də Fabreqası komandasında görmə istəyi transferi yaxın müddətdə gerçəkləşdirə bilər.

Qeyd edək ki, iki klub arasında rəhbərlik səviyyəsində görüşlərin qış transfer pəncərəsində baş tutacağı gözlənilir. Fabreqasın İngiltərədə xoşbəxt olmasına rəğmən, Parisə getməyə müsbət yanaşacağı da danışılanlar arasındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43