İdman

“Çelsi”nin sabiq baş məşqçisi Bakıya gəldi, Jezniçakla şəkil çəkdirdi – FOTO

Məşhur İsrail məşqçisi Avram Qrant Bakıya gəlib.

İdmanxeber.com-un məlumatına görə, onunla paytaxtdakı otellərdən birində çəkilən şəkli “Qarabağ”ın polşalı müdafiəçisi Kuba özünün sosial şəbəkədəki səhifəsində paylaşıb. Qrantın Bakıya səfərinin məqsədi hələlik bilinmir.

Qeyd edək ki, A.Qrant müxtəlif vaxtlarda ölkəsində bir neçə klubu, İsrail milli komandasını, eləcə də  2007-2011-ci illər aralığında İngiltərədə “Çelsi”, “Portsmut”, “Vest Hem Yunayted” klublarını çalışdırıb. Onun sonuncu iş yeri Qana millisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43