Kateqoriyasız

Çempionlar Liqası: “Araz Naxçıvan”ın bütün rəqibləri bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz Naxçıvan”ın bütün rəqibləri məlumdur.

Idmanxeber.az xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovinanın “Mostar”, İsveçin “Orebro” və Serbiyanın “Loznika Qrad” komandaları ilə qarşılaşacaq.

Bu turnirdə iki dəfə “Dördlər finalı”nda iştirak edən və hər iki cəhddə bürünc medal qazanan komandamız hazırkı rəqiblərindən yalnız “Mostar”la əvvəllər üz-üzə gəlib. 2005/06-cı il mövsümündə Bosniya və Herseqovinada təşkil olunan birinci təsnifat mərhələsinin matçında təmsilçimiz meydan sahiblərinə 2:4 hesabı ilə uduzub. Sonrakı illərdə “Araz Naxçıvan” İsveç və Serbiya çempionları ilə qarşılaşıb. 2006/07-ci il mövsümünün elit-raunundunda Arkadi Belıyın rəhbərliyi altında komandamız Polşada Serbiya “Marbö”suna məğlub olub – 1:3. İki il sonra isə Böyükağa Hacıyevin rəhbərliyi altında “Araz Naxçıvan” İsveç çempionu “Şkövde” ilə əsas mərhələdə üz-üzə gəlib və 11:1 hesablı qələbə qazanıb. Növbəti duel isə Serbiya çempionu ilə olub. 2009/10-cu il mövsümündə ölkə çempionu Xorvatiyada təşkil olunan əsas mərhələnin oyununda “Kolubara”nı sınağa çəkib. Serbiya klubuna 4:0 hesabı ilə qalib gələn “Araz Naxçıvan” “Dördlər finalı”nın iştirakçısı olub və bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43