Kateqoriyasız

“Çox möhtəşəm qalibiyyət oldu” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada “Aberdin”ə 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında fikirlərini bildirib.

O, matç barədə bunları deyib:

“Futbolçularımı təbrik etmək istəyirəm. Dünən də bildirmişdim ki, ağır yol gəlmişik, çox çətin oyunlardan çıxmışıq. Futbolçular belə qələbəni haqq edirdilər. Azarkeşlər də çox mədəni idi. Həm komanda, həm də baş məşqçiləri özlərini mədəni aparırdı. “Aberdin”ə və onların azarkeşlərinə uğurlar və daha yaxşı nəticələr arzulayıram. Sonda öz “Qarabağ”lılarımı, azərbaycanlılarımı təbrik edirəm. Həqiqətən çox möhtəşəm qalibiyyət oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43