Dünya futbolu

“Çoxları Argentina millisində qalmağımı başa düşmürdü” – Lionel Messi

Argentinalı hücumçu Lionel Messi DÇ-2022 zamanı ona dəstək olan insanlardan danışıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu bu qədər sevilməsinin səbəbini çox çalışqan olmasına bağlayıb.

O, jurnalistlərin “dünya niyə sənin dünya çempionu olmağını istəyirdi?” sualına belə cavab verib:

“Düzünü desəm, bilmirəm. Bəlkə də insanlar mənim bu məqsədə çatmaq üçün necə mübarizə apardığımı gördülər. Ola bilsin ki, çoxları hələ də Argentina millisində qalmağımı başa düşmürdü. Nəticə baxımından yox, insanların açıqlamaları, jurnalistlərin haqqımda yazdıqları üçün. Məni sevən, uğurlar arzulayan insanları hər zaman xoşbəxt etmək istəmişəm. Həmişə dünya çempionu olmağımı arzulayıblar. Sevinirəm ki, işi başa çatdırıb, vəziyyəti dəyişmək şansım oldu”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43