Kateqoriyasız

Dabo Azərbaycan futboluna sataşdı

“Azərbaycanda futbol varmı? Bu, futbol kimi görünür (gülür). Həqiqətən də stadionların dolduğu bəzi oyunlar olur, digərlərinə isə bir az azarkeş gəlir. Bu, daha çox komandalardan asılı olur”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Baqali Dabo “France Football”a deyib.

Dabo Azərbaycanda onun üçün hər şeyin yaxşı olduğunu bildirib: “Hər il Avropaya yollanmaq imkanım olur. Fransada komandaların çoxu Avropa kuboklarına vəsiqə qazanmaqda çətinlik çəkir. Bizdə problem budur ki, mübarizəyə I təsnifat mərhələsindən başlayırıq. Ölkə çempionatında isə hər mövsüm titul uğrunda mübarizə aparıram. Bu, yaxşıdır. Əmək haqqından isə şikayətlənə bilmərik. Bu Liqa-1  və Liqa-2 səviyyəsindədir. Bunlar əsasən klublardan asılıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43