Dünya futbolu

De Rossi derbidə oynamayacaq

İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Latsio” ilə üz-üzə gələcək “Roma” qarşıdakı matça ciddi itki ilə çıxacaq.

“Canavarlar”ın aparıcı üzvü Daniele De Rossi qarşıdakı görüşdə forma geyməyəcək.

İtaliya millisinin düşərgəsində zədələnən futbolçu derbiyə qədər hazır olmayacaq. Bu səbəbdən də De Rossini start heyətində Leandro Paradesin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Roma” – “Latsio” oyunu sabah Bakı vaxtı ilə 22:45-də start götürəcək. İlk matçda “Latsio” 2:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43