Dünya futbolu

Avrokubokların finalı bağlı yeni qərar açıqlandı

2019-ci ildən 2021-ci ilə kimi Çempionlar Liqası və Avropa Liqasının finalı eyni həftədə keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə UEFA-nın saytı məlumat yayıb. 2019-cu ildə Avropa Liqasının finalının mayın 29-u oynanılacağı bildirilib. Turnirlərin finalı indi olduğu kimi müxtəlif şəhərlərdə keçiriləcək.

Xatırladaq ki, bundan əvvəlki qaydaya əsasən, Avroliqanın finalı ÇL-dən 10 gün əvvəl keçirilirdi.

Qeyd edək ki, bu il AL-ın finalı mayın 24-ü Stokholmda, ÇL-in finalı isə iyulun 3-ü Kardiffdə oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43