Dünya futbolu

“Real” 21 illik rekordu təkrarladı

“Real”ın müdafiəçisi Naço Fernandes La Liqanın 29-cu turunda “Alaves”i 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Naço cari mövsümdə “Real”ın heyətində ölkə çempionatında qol vuran 19-cu futbolçu olub. “Kral klubu”nun heyətindən La Liqada meydan oyunçularından yalnız Daniel Karvahal və Fabiu Koentrau fərqlənməyi bacarmayıb.

Bununla da “Real” 1994/95-ci ildə “Valensiya”nın, 1 il sonra özünün rekordunu təkrarlayıb.

Madridlilərin vurduğu qolların 25 faizi 19 fərqlənən Kriştianu Ronaldonun payına düşür.

Qeyd edək ki, cari mövsümdə “Selta”nın 16, “Barselona”nın isə 14 müxtəlif futbolçusu La Liqada qol sevinci yaşayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43