Ölkə futbolu

Denis Silva: “Lənkərandakı xal itkisini unutdurmağa çalışacağıq”

“Neftçi”nin braziliyalı futbolçusu Denis Silva Premyer Liqanın 21-ci turunda “Bakı” ilə qarşılaşacaqları oyunöncəsi maraqlı açıqlamalar verib. O, paytaxt derbisində qələbə qazanmaq istədiklərini deyib:

“Bakı” ilə oyunda Lənkərandakı xal itkisini unutdurmağa çalışacağıq. Rəqib asan komanda deyil. Son dövrlər yaxşı oyun sərgiləyirlər. Amma bu, bizim xal itirmək üçün əsas ola bilməz. “Bakı”nı məğlub etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43